Milanda qiymət artımına etiraz edənlər mağazaları qarət etdilər - FOTO/VİDEO

Milanda qiymət artımına etiraz edənlər mağazaları qarət etdilər - FOTO/VİDEO

Hazırda oxunan: Milanda qiymət artımına etiraz edənlər mağazaları qarət etdilər - FOTO/VİDEO

642830

Mütəşəkkil "Italia in Piazza" hərəkatının çağırışı ilə oktyabrın 17-də Milanın tarixi mərkəzində yaşayış minimumunun və yanacağın bahalaşmasına, eləcə də vergi yükünə qarşı keçirilən kütləvi aksiya polislə toqquşmalar və talanlarla nəticələnib.

Bizim.Media xəbər verir ki, 5 mindən çox insanın qatıldığı nümayiş zamanı hüquq-mühafizə orqanları gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Duomo meydanı və Viktor Emmanuil II qalereyasında maskalı gənclər vitrinləri sındırıb, mağazaları talan edib, barrikadalar quraraq polislərin üzərinə daş və fişənglər atıblar.

ANSA agentliyinin məlumatına görə, toqquşmalar zamanı 20-yə yaxın şəxs (o cümlədən başından xəsarət alan polis əməkdaşları) tibbi yardım alıb. Hüquq-mühafizə orqanları yarısı həddi-buluğa çatmayanlar olmaqla 50-yə yaxın etirazçını saxlayıb.
 

İtaliyanın Baş naziri Corcia Meloni, Lombardiya regionunun rəhbəri Attilio Fontana və Milan meri Cuzeppe Sala zorakılığı kəskin pisləyərək etiraz hüququnun şəhərləri döyüş meydanına çevirməyə bəraət qazandırmadığını bildiriblər.


Analoji iğtişaşlar və toqquşmalar İtaliyanın Turin, Bolonya və Berqamo şəhərlərində, eləcə də Fransa, Belçika və Portuqaliyanın bir sıra mərkəzlərində qeydə alınıb.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO