Kanadada hərbi bazada güclü yanğın: Həlak olanlar və yaralananlar var - VİDEO

Kanadada hərbi bazada güclü yanğın: Həlak olanlar və yaralananlar var - VİDEO

Hazırda oxunan: Kanadada hərbi bazada güclü yanğın: Həlak olanlar və yaralananlar var - VİDEO

642838

Kanadanın Alberta əyalətində yerləşən "Ueynrayt" (Wainwright) hərbi bazasında güclü yanğın baş verib.

Bizim.Media xəbər verir ki, hadisə nəticəsində insan tələfatı və xəsarət alanların olduğu bildirilir.
 

Kanadanın milli müdafiə naziri Devid Makginti (David McGinty) və Baş nazir Mark Karni (Mark Carney) hərbi bazada baş verən faciəli insidentlə bağlı bəyanat verərək, vəziyyətin gərgin olduğunu və tələfatın dəqiq sayının araşdırıldığını bildiriblər.


Güclü külək səbəbindən alov güclü yayılaraq şəhərin cənubundan hərbi bazanın ərazisinə keçib. Fövqəladə xidmətlər yaşayış binalarının və obyektlərin mühafizəsini prioritet elan ediblər.

"Ueynrayt" bazası ölkənin ən böyük hərbi təlim mərkəzlərindən biridir. Burada 1000-dən çox hərbçi və mülki heyət fəaliyyət göstərir. İstintaq orqanları yanğının dəqiq səbəblərini müəyyənləşdirir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO