Fransada 1500-ə yaxın mağazaya 100 milyonlarla avro ZƏRƏR DƏYDİ

Fransada 1500-ə yaxın mağazaya 100 milyonlarla avro ZƏRƏR DƏYDİ

Hazırda oxunan: Fransada 1500-ə yaxın mağazaya 100 milyonlarla avro ZƏRƏR DƏYDİ

642879

Fransada həftəsonu keçirilən etiraz aksiyaları və ardından baş verən kütləvi iğtişaşlar zamanı 1500-ə yaxın ticarət obyektinə zərər dəyib, onların böyük hissəsi qarət edilib.

Bizim.Media xəbər verir ki, Fransa Pərakəndə Ticarət və Kommersiya Federasiyasının rəhbəri Aleksandr Bompard (Alexandre Bompard) LCI telekanalının efirində bildirib ki, dəymiş maddi ziyan bir neçə yüz milyon avro təşkil edə bilər.

Bompard itkilərin dəqiq məbləğini açıqlamaq üçün hələ tez olduğunu desə də, dağıntıların miqyasının biznes sektoru üçün ağır maliyyə fəsadları yaradacağını vurğulayıb.
 

Şəhərlərdəki iğtişaşlar yaşayış minimumu və həyat bahalılığına qarşı keçirilən kütləvi nümayişlər fonunda baş verib. Bir sıra şəhərlərdə aksiyalar polislə toqquşmalar, dükanların daqıdılması və qarətlərlə müşayiət olunub.


Fransa hakimiyyəti zorakılıq halları və talanları qətiyyətlə pisləyib. Hazırda iğtişaşların ticarət, sığorta sektoru və ictimai təhlükəsizlik üçün doğurduğu nəticələr, eləcə də analoji halların qarşısının alınması mexanizmləri müzakirə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO