Fransanın Marsel şəhərində tələbələrin və dövlət sektoru işçilərinin kütləvi etiraz aksiyaları fonunda naməlum şəxslər "Rolex" və "Louis Vuitton" lüks brendlərinin butiklərini yararaq qarət ediblər.
Bizim.Media xəbər verir ki, mütəşəkkil etirazlar və iğtişaşlar Lion, Lill və Strasburq da daxil olmaqla ölkənin bir sıra iri şəhərlərini əhatə edib.
Məlumata görə, aksiya iştirakçıları ölkə ərazisində yüzlərlə məktəbin fəaliyyətini bloklayıblar. Hüquq-mühafizə orqanları tərəfindən 1000-dən çox şəxs saxlanılıb.
Şəhərlərin mərkəzi küçələrində etirazçılarla polis qüvvələri arasında şiddətli toqquşmalar davam edir. Hüquq-mühafizə orqanları təhlükəsizlik tədbirlərini gücləndirib.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
11:05 / 18.10.2026
Fransada etirazçılar "Rolex" və "Louis Vuitton" butiklərini talan etdilər - VİDEO
Hazırda oxunan: Fransada etirazçılar "Rolex" və "Louis Vuitton" butiklərini talan etdilər - VİDEO
Hazırda oxunan: Fransada etirazçılar "Rolex" və "Louis Vuitton" butiklərini talan etdilər - VİDEO
642843
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































