Slovakiya Ukraynaya 70 milyard avro verməkdən İMTİNA ETDİ

Slovakiya Ukraynaya 70 milyard avro verməkdən İMTİNA ETDİ

Hazırda oxunan: Slovakiya Ukraynaya 70 milyard avro verməkdən İMTİNA ETDİ

642813

Slovakiya 2027-ci il üçün Ukraynaya ayrılması nəzərdə tutulan 70 milyard avro məbləğində yeni kreditin maliyyələşdirilməsində iştirak etməyəcək.

Bizim.Media xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso Brüsseldə keçirilən Avropa İttifaqı sammitinin yekunlarına dair açıqlamasında bildirib. 

Onun sözlərinə görə, Macarıstan da eyni mövqedən çıxış edir. Fitso Ukraynanın Avropa İttifaqından əlavə 70 milyard avro istədiyini deyib. 

Bununla yanaşı, Aİ daha əvvəl 2026–2027-ci illər üçün Kiyevə 90 milyard avro məbləğində kredit ayrılmasını razılaşdırıb.

Slovakiya Baş naziri Ukraynaya maliyyə yardımının Aİ-nin 2028–2034-cü illəri əhatə edən növbəti büdcəsi ilə bağlı danışıqlarla əlaqələndirilməsini də “təhlükəli” adlandırıb.

O bildirib ki, Slovakiya Ukraynaya təhsil, yol infrastrukturu və enerji sahələrində dəstək göstərməyə hazırdır, lakin yeni kreditlər vasitəsilə deyil.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski sammitdə gələn il müharibənin ölkəsinə 155 milyard avroya başa gələcəyini bildirib və Avropa ölkələrini əlavə maliyyə vəsaiti tapmağa çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO