Hikmət Hacıyev almanlarla azərbaycanlıların ortaq tarixindən bəhs edən filmi PAYLAŞDI - VİDEO

Hikmət Hacıyev almanlarla azərbaycanlıların ortaq tarixindən bəhs edən filmi PAYLAŞDI - VİDEO

Hazırda oxunan: Hikmət Hacıyev almanlarla azərbaycanlıların ortaq tarixindən bəhs edən filmi PAYLAŞDI - VİDEO

642803

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev almanlar və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixinə həsr olunmuş "Counterpoint" sənədli filmi barədə paylaşım edib.

Bizim.Media xəbər verir ki, Prezidentin köməkçisi bu barədə "X" hesabında paylaşım edib. 

“Counterpoint” sənədli filmi almanlarla azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixini araşdırır.

Film indiki Baden-Vürtemberq ərazisindən ayrılaraq Azərbaycanda məskunlaşan şvab ailələrinin hekayəsindən başlayır. Sənədli ekran əsərində alman köçkünlərlə yerli azərbaycanlıların fərqli dinlərini, dillərini və adət-ənənələrini qoruyaraq necə firavan icmalar qurduqları işıqlandırılır. Sovet repressiyaları, deportasiyalar və müharibənin bu ortaq tarixə vurduğu zərbələr də filmdə əksini tapır.

Nəsillərin nümayəndələri, tarixçilər və diplomatların iştirakı ilə hazırlanan film alman irsinin bu günə qədər qorunub saxlanmasını və mədəni yaddaşın yaşadılmasını araşdırır”, - paylaşımda qeyd edilib.
 


Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO