Gürcüstanın Batumi şəhərində xarici ölkə vətəndaşı hüquq-mühafizə orqanlarından gizlənməyə çalışarkən yaşayış binasının dördüncü mərtəbəsindəki mənzilin pəncərəsindən tullanıb.
Bizim.Media InterPressNews agentliyinə istinadən xəbər verir ki, həmin şəxs binanın aşağısında saxlanılmış avtomobilin üstünə düşüb.
İnsident Qorqasali küçəsində mənzillərdən birində qanunsuz narkotik maddələrin saxlanılması barədə polisə daxil olan məlumat əsasında əməliyyat keçirilərkən baş verib.
Hadisədə daha iki nəfər xarici vətəndaşın adı hallanır. Əməliyyat çərçivəsində hər üç şəxsin şəxsiyyəti hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilib.
Dördüncü mərtəbədən yıxılaraq xəsarət alan şəxs dərhal xəstəxanaya yerləşdirilib. Onun səhhətinin hazırkı vəziyyəti barədə hələlik rəsmi məlumat verilməyib.
Bizim.Media






























































































