Hindistanın Qvalior şəhərində Şitala Mata məbədinin yaxınlığında yük avtomobilinin dindarların toplaşdığı kütləyə çırpılması nəticəsində 12 nəfər həlak olub, 27 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Bizim.Media xəbər verir ki, sürücünün idarəetməni itirməsi nəticəsində yük maşını polisin qoyduğu çəpərləri yararaq insanlara çırpılıb.
İlkin məlumatlara görə, hadisəyə nəqliyyat vasitəsindəki texniki nasazlıq səbəb olub.
Hadisə yerinə gələn xilasedicilər və hüquq-mühafizə orqanları 27 yaralını xəstəxanalara təxliyə ediblər. Fakt üzrə araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
10:59 / 18.10.2026
Yük maşını zəvvarların toplaşdığı kütləyə çırpıldı: 12 ölü, 27 yaralı var - VİDEO
Hazırda oxunan: Yük maşını zəvvarların toplaşdığı kütləyə çırpıldı: 12 ölü, 27 yaralı var - VİDEO
Hazırda oxunan: Yük maşını zəvvarların toplaşdığı kütləyə çırpıldı: 12 ölü, 27 yaralı var - VİDEO
642842
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































