Rubiodan ETİRAF: “Ukraynanın hələlik "Starshield" hərbi sisteminə çıxışı yoxdur “

Rubiodan ETİRAF: “Ukraynanın hələlik "Starshield" hərbi sisteminə çıxışı yoxdur “

Hazırda oxunan: Rubiodan ETİRAF: “Ukraynanın hələlik "Starshield" hərbi sisteminə çıxışı yoxdur “

642851

ABŞ Dövlət katibi Marko Rubio bəyan edib ki, Ukraynanın "SpaceX" şirkəti tərəfindən hazırlanmış "Starshield" hərbi peyk rabitəsi sisteminə hazırda çıxışı yoxdur.

Bizim.Media xəbər verir ki, ABŞ Dövlət Departamentinin saytında və C-SPAN efirində yayımlanan bəyanatda Vaşinqtonun Kiyevlə bu sistemə olası çıxışın təmin edilməsini müzakirə etdiyi bildirilir.
 

Marko Rubio mülki "Starlink" ilə hərbi təyinatlı "Starshield" sistemlərinin fərqli olduğunu vurğulayıb. O bildirib ki, Ukrayna Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün "Starshield"ə çıxış xahiş edib və hazırda tərəflər bu sistemin necə istifadə olunacağını müzakirə edirlər.


Dövlət katibi Ağ Evin "Starlink" internetinin sürətini qəsdən məhdudlaşdırması barədə iddiaları təkzib edib. Onun sözlərinə görə, mülki peyk sisteminin fəaliyyəti artıq bərpa olunub.

Qeyd edək ki, "Starlink" terminallarının yüksək sürətlə hərəkət zamanı işində yaranan kəsilmələrdən sonra Ukrayna tərəfi "SpaceX" və Pentaqonla danışıqlara başlamışdı.

Reuters məhdudiyyət əmrinin Ağ Evdən gəldiyini yazsa da, Donald Tramp bu addımla əlaqəsinin olmadığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO