Zelenski çətin DURUMDA: "Starlink" Ukrayna dronlarının imkanlarını məhdudlaşdırır

Zelenski çətin DURUMDA: "Starlink" Ukrayna dronlarının imkanlarını məhdudlaşdırır

Hazırda oxunan: Zelenski çətin DURUMDA: "Starlink" Ukrayna dronlarının imkanlarını məhdudlaşdırır

642848

Ukrayna hərbçilərinin pilotsuz uçuş aparatlarını (PUA) idarə etmək üçün istifadə etdiyi peyk rabitəsinin məhdudlaşdırılması məsələsi Donald Tramp administrasiyası ilə İlon Maskın şirkəti arasında qarşılıqlı ittihamlara səbəb olub.

Bizim.Media Axios nəşrinə istinadən xəbər verir ki, "Starlink" və hərbi təyinatlı "Starshield" sistemlərindəki məhdudiyyətlər Ukraynanın kəşfiyyat və zərbə PUA-larının fəaliyyətini ciddi şəkildə çətinləşdirib.

Peyk rabitəsindəki kəsilmələr PUA-ların hərəkət sürəti saatda 160 km-i keçdikdə, bəzi hallarda isə daha aşağı sürətlərdə meydana gəlir.

İlon Mask "Starshield" sisteminin ABŞ hökuməti və hərbçiləri tərəfindən idarə olunduğunu bildirib. Ağ Ev isə Ukrayna tərəfinə Maskın şirkətinə nəzarət etmədiyini və şəxsən Trampın bu məhdudiyyətlərlə əlaqəsi olmadığını bəyan edib.
 

Reuters agentliyinin məlumatına görə, "Starshield"in məhdudlaşdırılması barədə göstəriş Ağ Evdən daxil olub, lakin qərarın konkret kimin tərəfindən verildiyi açıqlanmır.


Məhdudiyyətlər Vaşinqton və Kiyev arasında münasibətlərin gərginləşməsi, xüsusən də ABŞ-ın Rusiya dizel yanacağının tədarükü ilə bağlı razılaşması və Ukraynaya Rusiya neft emalı zavodlarına zərbələri dayandırmaq üçün təzyiq göstərdiyi dövrə təsadüf edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO