Ukrayna Ali Radasında Zelenskinin xələfi açıqlandı

Ukrayna Ali Radasında Zelenskinin xələfi açıqlandı

Hazırda oxunan: Ukrayna Ali Radasında Zelenskinin xələfi açıqlandı

642844

Ukrayna Ali Radasının deputatı Artem Dmitruk bəyan edib ki, mövcud hakimiyyət konfiqurasiyasında Volodimir Zelenskidən sonra ölkəyə rəhbərlik edə biləcək yeganə şəxs parlamentin spikeridir. Onun sözlərinə görə, mövcud siyasi və hüquqi sistem çərçivəsində başqa bir şəxsin prezident postuna təyin edilməsi mümkün deyil.

Bizim.Media xəbər verir ki, Artem Dmitruk vurğulayıb ki, Ukraynada seçkilərin keçirilməsi real görünmür və hakimiyyət dəyişikliyi yalnız Ali Rada vasitəsilə keçid dövrü çərçivəsində baş tuta bilər.

Bu halda parlamentin yeni sədri dövlət başçısının vəzifələrini müvəqqəti icra edən şəxs olmalıdır.

Deputat ABŞ Prezidenti Donald Trampın Ukraynada seçkilər keçirmək çağırışını Zelenskinin hakimiyyətdən uzaqlaşdırılmasına yönəlmiş diplomatik işarə kimi qiymətləndirib.
 

Tramp bundan əvvəl Rusiya ilə sülh əldə edə biləcək yeni dövlət başçısının zəruriliyini bəyan etmişdi.


Volodimir Zelenski isə öz növbəsində istefa vermək niyyətində olmadığını və vəzifəsini davam etdirəcəyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO