Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Rusiyanın hərbi-sənaye kompleksinə qarşı 1600-ə yaxın yeni sanksiya mövqeyini təsdiqləyiblər.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsində bildirib.
"Bu, Rusiyanın başlatdığı müharibənin əvvəlindən bəri sanksiya siyahımızın ən irimiqyaslı genişlənməsidir. Avropa bir daha birlik nümayiş etdirir. Yeni sanksiyalarımızın yarısından çoxu ballistik raketlərin istehsal zənciri ilə bağlıdır", - o yazıb.
Kallasın sözlərinə görə, Aİ Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi silahların istehsalını əhəmiyyətli dərəcədə çətinləşdirir, ləngidir və bahalaşdırır.
Bizim.Media

































































































