Rubio: “Rusiya-Ukrayna müharibəsi NATO ölkələrinə zərbələrə səbəb ola bilər”

Rubio: “Rusiya-Ukrayna müharibəsi NATO ölkələrinə zərbələrə səbəb ola bilər”

Hazırda oxunan: Rubio: “Rusiya-Ukrayna müharibəsi NATO ölkələrinə zərbələrə səbəb ola bilər”

641182

ABŞ dövlət katibi Marko Rubio Rusiya-Ukrayna müharibəsinin davam etməsinin NATO üzvü olan qonşu ölkələrə zərbələr endirilməsi ilə nəticələnə biləcəyini bildirib.

Bizim.Media xəbər verir ki, Rubio bu barədə Lissabonda portuqaliyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, tərəflərdən birinin və ya hər ikisinin qarşı tərəfi sındırmaq və yaranmış dalandan çıxmaq məqsədilə hərbi əməliyyatları gücləndirməsi eskalasiya riskini artırır.

“Belə bir eskalasiya NATO-ya üzv qonşu ölkələrdə diversiya kampaniyasına gətirib çıxara bilər. Bu, haqqında danışdığınız zərbələr ola bilər. Həmçinin müharibəni iki ölkə arasındakı qarşıdurmadan daha geniş və təhlükəli regional münaqişəyə çevirə biləcək bir sıra digər hadisələr baş verə bilər”, - Rubio deyib.

ABŞ dövlət katibi hesab edir ki, eskalasiya riski tərəfləri danışıqlar masasına oturmağa və müharibənin nizamlanması ilə bağlı razılığa gəlməyə sövq edən amillərdən biri olmalıdır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO