Ukrayna Starlink-in analoqu olacaq öz peyk rabitə sistemini yaradır.
Bizim.Media xəbər verir ki, bu barədə prezident Volodimir Zelenski oktyabrın 4-də, bazar günü jurnalistlərə açıqlamasında bildirib.
“Bəzi hazırlıqlar var. Biz oxşar Starlink üzərində işləyirik”, – prezident bildirib, lakin detalları açıqlamayıb.
O qeyd edib ki, yaxın vaxtlarda Rusiya da müvafiq imkanlar əldə etməyi planlaşdırır.
“Biz bilirik ki, bəzi dövlətlər bu ilin sonunda, gələn ilin əvvəlində müvafiq texnologiyaları Rusiya ilə bölüşəcəklər”, – deyə o izah edib.
Zelenski əlavə edib ki, Ukrayna işlək texnologiyalar təqdim etdikləri üçün tərəfdaşlarına minnətdardır. Lakin bununla yanaşı, proqramın genişləndirilməsinin zəruriliyi ilə bağlı “müvafiq siqnallar göndərib”.
O həmçinin qeyd edib ki, Rusiya Çindən mühüm dəstək almaqda davam edir.
Xatırladaq ki, KİV-in məlumatına görə, Volodimir Zelenski ABŞ prezidenti Donald Trampa Starlink analoqu olacaq peyklərin hazırlanmasında iştirak edən Rusiya və Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyi xahiş edib. Jurnalistlərin iddiasına görə, prezident bunu Çinin ruslara “Rassvet” proqramını yaratmağa kömək etməsi ilə izah edib.
Bunu Ukraynanın ABŞ-dakı müvəqqəti işlər vəkili Denis Senik də təsdiqləyib.
Onun sözlərinə görə, Rusiyanın məqsədi 2027-ci ildə “Rassvet” peyk şəbəkəsini orbitə çıxarmaqdır. O xəbərdarlıq edib ki, bu şəbəkə ilin sonuna qədər işə salınarsa, Rusiya ondan Ukraynadakı hədəflərə raket və dronlarının real vaxt rejimində yönləndirilməsi üçün istifadə edə biləcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:47 / 04.10.2026
Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski
Hazırda oxunan: Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski
Hazırda oxunan: Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski
640407
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































