Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

Hazırda oxunan: Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

640391

Tailandda daşqınların fəsadları krallığın 3,26 milyondan çox sakininə təsir edib.

Bizim.Media xəbər verir ki, bu barədə "The Nation" qəzeti Təbii Fəlakətlərin Qarşısının Alınması və Nəticələrinin Aradan Qaldırılması Departamentinə istinadən məlumat yayıb.

Ölkənin 27 əyalətinin 154 rayonunda subasma qeydə alınıb, təbii fəlakət 1,17 milyondan çox ev təsərrüfatına zərər vurub. Əsas zərbə ölkənin şimalındakı yüksəkliklərdən böyük həcmdə suların axdığı mərkəzi və şərq əyalətlərinə dəyib. Banqkokda daha əvvəl təxminən 329 min ev təsərrüfatı subasma zonasında qalmışdı, paytaxtda insanların ölümü ilə nəticələnən dörd hal qeydə alınıb.

 

Yenilənmiş məlumata əsasən, ümumilikdə ölkədə təbii fəlakət nəticəsində 31 nəfər ölüb. Krallığın şimalında və şimal-şərqində suyun tədricən çəkilməsinə baxmayaraq, bir sıra mərkəzi əyalətlərdə suyun səviyyəsi artmaqda davam edir.

 

Fövqəladə hallar xidmətləri yaşayış zonalarından suyun çəkilməsi və nəqliyyat arteriyalarının təmizlənməsi üçün xüsusi texnika və nasos avadanlıqları hazırlayır.

Tailandın Meteorologiya Bürosu ölkənin şimalında güclü tufan, şiddətli külək və leysan yağışları proqnozlaşdıraraq 4-7 oktyabr tarixləri üçün fırtına xəbərdarlığı yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO