Ukrayna Yaponiyadan Patriot üçün raketlər alacaq?

Ukrayna Yaponiyadan Patriot üçün raketlər alacaq?

Hazırda oxunan: Ukrayna Yaponiyadan Patriot üçün raketlər alacaq?

640325

Bir neçə gün əvvəl Yaponiyanın Ukraynaya “Patriot” zenit-raket kompleksləri üçün raketlər vermək imkanını nəzərdən keçirdiyi məlum olub.
 
Bizim.Media
“Defense Express” nəşrinə istinadən xatırladır ki, Yaponiya dünyanın ən böyük “Patriot” ZRK operatorlarından biridir. Həmçinin PAC-3 MSE raketlərinin istehsalının lokallaşdırıldığı dünyada yeganə ölkədir. Lakin böyük ehtimalla Ukrayna bu müasir raketləri alacağına ümid etməməlidir, yazır.
 
Yaponiyanın arsenalında daha köhnə PAC-3 CRI və PAC-2 GEM raketlərinin də böyük sayı var və analitiklər hesab edirlər ki, məhz bu raketlərin Ukraynaya verilməsi mümkündür.
 

PAC-2 GEM Yaponiyanın “Patriot” komplekslərinin sursatında olan ən köhnə raketdir. Əvvəlcə bu, ballistik raketlərin qarşısının alınması imkanlarını yaxşılaşdırmaq məqsədilə modernləşdirilmiş PAC-2 raketinin versiyası olub.


 Lakin bu versiya ballistik hədəflərə qarşı az effektiv olub. Buna görə də onun ardınca daha məşhur PAC-2 GEM-T modifikasiyası yaradılıb və onun istehsalı bu gün də davam edir. Bu modifikasiyada raketin burun hissəsi tamamilə dəyişdirilib, detonator ballistik hədəflərlə mübarizə üçün optimallaşdırılıb, özütuşlama başlığının həssaslığı isə artırılıb.
 
Ballistik raketlərin daha effektiv şəkildə qarşısını almaq üçün PAC-2 GEM-T-dən sonra PAC-3, daha sonra isə Yaponiyanın anbarlarında saxlanılan modernləşdirilmiş PAC-3 CRI yaradılıb.
 
PAC-3 CRI-dən sonra isə daha müasir PAC-3 MSE hazırlanıb. Bu raket daha yaxşı manevr qabiliyyəti ilə yanaşı, yeni mühərrik sayəsində uçuş məsafəsinin 50 faiz artırılması ilə fərqlənirdi.
 
Bu raketlərdən hansıları Ukraynaya verilə bilər?
 
Analitiklər hesab edirlər ki, Ukrayna məhz PAC-3 CRI raketlərini ala bilər.
 

“Məhz ona görə ki, PAC-2 GEM ballistik raketlərə qarşı aşağı effektivliyə malik olsa da, təyyarələr və qanadlı raketlər kimi aerodinamik hədəflərin məhv edilməsi üçün olduqca uyğundur”, – məqalədə qeyd olunur.


 Bununla yanaşı, tədarükün həqiqətən baş tutub-tutmayacağı və bunun qışa qədər həyata keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil.

Daha əvvəl Prezident Volodimir Zelenski Donald Trampın Ukraynaya “Patriot” raketlərinin istehsalına icazə vermək barədə yekun qərar qəbul etdiyini bildirib. Bununla belə, KİV Trampın bu bəyanatı birbaşa təsdiqləməkdən imtina etdiyini və yalnız Zelenski ilə bu məsələni həqiqətən müzakirə etdiyini yazıb.

Həmçinin prezident daha əvvəl bildirib ki, Ukrayna bu raketləri digər ölkələrin liderlərindən birbaşa sözün əsl mənasında bir-iki ədəd olmaqla toplayır.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO