Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Hazırda oxunan: Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

640284

Şimali Koreya Yapon dənizində 1 min kilometr məsafədə hədəfi vurmuş orta mənzilli strateji hipersəs raketinin buraxılışı ilə təlim keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
 

“Düşmənlərə strateji hücum vasitələrinin etibarlılığını və öldürücü gücünü yorulmadan və dəfələrlə dərk etdirmək üçün məsuliyyətli səylərimizi fasiləsiz davam etdirməliyik”, – deyə təlimləri şəxsən izləyən Şimali Koreya lideri Kim Çen In bildirib.


Agentliyin məlumatına görə, buraxılış oktyabrın 3-də ölkənin şərq hissəsində həyata keçirilib. Raketçilər hipersəs sistemindən istifadə üzrə hazırlıq keçib, eyni zamanda onun etibarlılığı, effektivliyi və mobilliyi yoxlanılıb.

Raket şimal-şərq istiqamətində buraxılıb və KCNA-nın iddiasına görə, 1 min kilometr məsafədə yerləşən müəyyən edilmiş nöqtəni dəqiq vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO