ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Hazırda oxunan: ABŞ iki İran diplomatını ölkədən çıxardı

640278

ABŞ hakimiyyəti BMT Baş Assambleyasının (BA) 81-ci sessiyasının ümumi siyasi müzakirələrində İran nümayəndə heyətinin tərkibində iştirak edən iki iranlı diplomatı ölkədən çıxarıb.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Axios portalı məlumat yayıb.

ABŞ rəsmilərindən biri portalın mənbəsinə bildirib: “İran nümayəndə heyətinin daha iki üzvü Baş Assambleyanın [ümumi siyasi müzakirələrinin] başa çatmasından xeyli müddət sonra Nyu-Yorkda aşkar edilib. Onlar artıq ölkədən çıxarılıblar”. Materialda qeyd olunur ki, diplomatlar şənbə günü ABŞ-ı tərk ediblər. ABŞ Dövlət Departamenti isə hələlik TASS-ın bu məlumatı təsdiqləmək xahişinə cavab verməyib.

Portalın qiymətləndirməsinə görə, bu vəziyyət münaqişənin nizamlanması istiqamətində səylərin nəticəsiz qaldığını, həmçinin hərbi əməliyyatların davam etməsi ehtimalının artdığını göstərir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO