Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Hazırda oxunan: Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

640251

Ukrayna Prezidenti Volodimir Zelenski Moskvanın Kiyevə qarşı hava zərbələri ilə bağlı “yeni doktrinasına” cavab olaraq Rusiyanın neft emalı zavodlarını hədəfə alacaqlarını bildirib.

Bizim.Media xəbər verir ki, Zelenski bu barədə “Reuters”ə müsahibəsində danışıb.

Onun sözlərinə görə, Ukrayna kəşfiyyatı Rusiya Prezidenti Vladimir Putinin qarşıdakı qış ərəfəsində daha geniş spektrdə mülki obyektlərə hücumları nəzərdə tutan “yeni doktrina” qəbul etdiyini göstərən sənədlər əldə edib.

“Biz sənədləri görmüşük və bilirik ki, onlar infrastruktur, logistika, yollar, məktəblər və xəstəxanalara hücum etməyə, insanlara təzyiq göstərərək paytaxtı və digər şəhərləri tərk etmələrinə nail olmağa imkan verirlər. Əməliyyatın məqsədi də budur”, – deyə Zelenski bildirib.

Ukrayna liderinin sözlərinə görə, siyasətin dəyişdirilməsinin səbəbi Putinin ordusunun cəbhənin əsas bölgələrindən birində mövqelərini itirdiyi və böyük itkilər verdiyi bir vaxtda güc nümayiş etdirmək istəyidir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO