Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Hazırda oxunan: Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

640211

Böyük Britaniya əhalisinin təxminən yarısı ölkənin Avropa İttifaqına (Aİ) yenidən qoşulmasını dəstəkləyir.

Bizim.Media xəbər verir ki, “Messina Group”un keçirdiyi sorğuda iştirak edənlərin 49 faizi Britaniyanın Aİ-yə yenidən üzv olmasının tərəfdarı olduğunu bildirib. 

Respondentlərin 28,5 faizi isə bunun əleyhinə çıxıb. Sorğuda 11 400-dən çox insan iştirak edib.

Araşdırmanın nəticələrinə görə, Aİ ilə daha sıx əməkdaşlıq formatından asılı olaraq Leyboristlər Partiyasına dəstək 4,3-7,4 faiz bəndi arta bilər.

Bununla yanaşı, hökumətin bəzi nümayəndələri Baş nazir Endi Börnhemi məsələyə ehtiyatla yanaşmağa çağırıblar. Onlar Brexit ətrafında mübahisələrin yenidən kəskinləşə biləcəyindən narahatdırlar.

Qeyd edək ki, Börnhem daha əvvəl Britaniyanın Aİ ilə uzunmüddətli münasibətlərinə yenidən baxılacağını açıqlayıb. O, ölkənin ittifaqa tam qayıtmasının mümkün variantlardan biri ola biləcəyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO