2026-cı ilin ən yaxşı Çin avtomobilləri bəlli oldu

2026-cı ilin ən yaxşı Çin avtomobilləri bəlli oldu

Hazırda oxunan: 2026-cı ilin ən yaxşı Çin avtomobilləri bəlli oldu

640168

2026-cı il üçün ən yaxşı Çin istehsalı olan avtomobil markalarının adları məlum oldu.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, tədqiqat 28 seqment üzrə 128 modeli əhatə edib və ekspertlər hər kateqoriyada qalibləri müəyyənləşdiriblər.

İxtisaslaşmış "Chezhiwang" platforması və "Car Research" konsaltinq şirkəti Çində istehsal olunan ən etibarlı avtomobilləri müəyyən edən genişmiqyaslı "AQR 2026" tədqiqatının nəticələrini təqdim edib. Reytinqlər avtomobil sahiblərinin nasazlıqlar və narazılıq səviyyələri ilə bağlı real məlumatlarının təhlilinə əsaslanıb.

"Hongqi HS5" istifadəçi təcrübəsi keyfiyyətinə görə ən yaxşı krossover seçilib. "GAC M8" miniven kateqoriyasında, "Maxus Interstellar X" isə pikap seqmentində liderlik edib.

Elektrikli avtomobillər arasında əsas yerləri "Wuling Bingo" (başlanğıc səviyyə), "Roewe D6" (orta səviyyə), "Li Auto L6" (yüksək səviyyə), "Voyah Dream+" (yarım-premium) və "Xiaomi SU7 Ultra" (lüks) tutub.

"Plug-in" hibrid seqmentinin liderləri sırasında "Hongqi HS6" (ümumi qalib), "BYD Fang Cheng Bao Ti 7" (yüksək səviyyəli modellər arasında), "Buick Century" (premium) yer alıb.

Dərc edilmiş reytinqlər bir sıra digər mühüm amilləri də üzə çıxarıb. İlk növbədə, Çində avtomobil keyfiyyəti ilə bağlı məmnuniyyət səviyyəsi artıb. Bununla belə, çoxsaylı "ağıllı" funksiyalarla təchiz edilmiş avtomobillərin daha çox problem yaratmağa meylli olduğu üzə çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO