İsrael Katz: "Flydubai" təyyarəsindəki hadisə terror aktı cəhdidir

İsrael Katz: "Flydubai" təyyarəsindəki hadisə terror aktı cəhdidir

Hazırda oxunan: İsrael Katz: "Flydubai" təyyarəsindəki hadisə terror aktı cəhdidir

639672

"Flydubai" təyyarəsində baş verən insident qarşısı alınmış terror aktı cəhdi idi.

Bizim.Media "The Times of Israel" nəşrinə istinadla xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.

“Flydubai” təyyarəsində baş verən ağır insident terror aktı cəhdi olub. Bunun qarşısı yalnız bir neçə israilli sərnişinin cəsarəti sayəsində alınıb. Onlar kabinəyə daxil olaraq terrorçunu zərərsizləşdirib və öz əlləri ilə təyyarəyə nəzarəti orada olan digər uçuş heyətinə qaytarıblar”, - Katz bildirib.

Dubay–Təl-Əviv reysinin ikinci pilotunun kapitana bıçaqla xəsarət yetirdiyi və təyyarəni qəzaya uğratmağa cəhd etdiyi bildirilir. Təyyarə daha sonra Səudiyyə Ərəbistanına məcburi eniş edib.

“Əlimizdə olan ilkin məlumata görə, terrorçunun bir məqsədi olub: təyyarəni bütün sərnişinlərlə birlikdə qəzaya uğratmaq”, - müdafiə naziri əlavə edib.

İsrail mediasının məlumatına görə, hadisənin araşdırılmasına “Mossad”, Şin Bet, İsrail Müdafiə Qüvvələri və Nəqliyyat Nazirliyi də cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO