Yəməndə husilərlə qarşı ümumi SƏFƏRBƏRLİK elan edildi

Yəməndə husilərlə qarşı ümumi SƏFƏRBƏRLİK elan edildi

Hazırda oxunan: Yəməndə husilərlə qarşı ümumi SƏFƏRBƏRLİK elan edildi

639305

Yəmənin beynəlxalq səviyyədə tanınmış hökuməti Ənsar Allah hərəkatı (Husi üsyançıları) ilə qarşıdurmanın kəskinləşməsi fonunda ümumi səfərbərlik elan edib.

Bizim.Media xəbər verir ki, qərar Nümayəndələr Palatası tərəfindən təsdiqlənib.

Səfərbərlik elan edildiyi andan qüvvəyə minib və onun tətbiqi üçün əsas olan səbəblər aradan qaldırılana qədər qüvvədə qalacaq.

Parlamentin bəyanatında qeyd edildiyi kimi, tədbir Husilər tərəfindən gərginliyin artmasının qarşısını almaq, əhalini qorumaq, respublika quruluşunun qorunmasını təmin etmək və dövlət suverenliyini qorumaq məqsədi daşıyır. Ölkənin siyasi qüvvələri fikir ayrılıqlarının rədd edilməsinə və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya ilə hərəkətlərin əlaqələndirilməsinə çağırıblar.
 

Parlamentin qərarından sonra əl-Əlimi Ər-Riyadda Yəmənin Baş naziri Şeyya əl-Zindani, hökumət üzvləri və hərbi komandanlığın nümayəndələri ilə məsləhətləşmələr aparıb. Tərəflər səfərbərlik qərarının praktiki icrasını müzakirə ediblər.


Görüşdə həmçinin əfv və əvvəllər husilərin sıralarını tərk etmiş insanların statusunun tənzimlənməsini nəzərdə tutan "Təhlükəsiz Qayıdış" təşəbbüsü müzakirə olunub.

Əl-Əliminin sözlərinə görə, son 72 saat ərzində hökumət qüvvələri müxtəlif istiqamətlərdə 756 əməliyyat həyata keçirib. O bildirib ki, bu əməliyyatlar nəticəsində husilər 2,3 mindən çox insan itirib, ölüb və yaralanıb. Bu məlumatlar Yəmən hökumətinin nümayəndələri tərəfindən dərc edilib.

Yəməndə husilərlə hökumət qüvvələri arasında silahlı münaqişə 2014-cü ilin avqust ayından bəri davam edir. Hökumət qüvvələrini Səudiyyə Ərəbistanı dəstəkləyir. (teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO