Ağ Ev Trampın çıxışlarına həsr olunan 24 saatlıq kanal yaratdı - VİDEO

Ağ Ev Trampın çıxışlarına həsr olunan 24 saatlıq kanal yaratdı - VİDEO

Hazırda oxunan: Ağ Ev Trampın çıxışlarına həsr olunan 24 saatlıq kanal yaratdı - VİDEO

637992

Ağ Ev rəsmi YouTube kanalında Donald Trampın çıxış və bəyanatlarının 24 saat ərzində yayımlandığı televiziya kanalı yaradıb.

Bizim.Media xəbər verir ki, administrasiya “TRUMP TV: The Essentials Station” adlı 24 saatlıq yayımı işə salıb.

Burada prezident Donald Trampın videoları, bəyanatları və fəaliyyətinin əsas məqamları nümayiş etdirilir.

Yeni kanal sentyabrın 21-də Tramp administrasiyası ilə bir sıra ABŞ mediası arasında yaranmış münaqişə fonunda fəaliyyətə başlayıb. Ağ Ev “Trump TV”ni administrasiyanın ən mühüm videolarının, çıxışlarının və fəaliyyətinin əsas məqamlarının sutka ərzində yayımlandığı platforma kimi təqdim edir.

“Trump TV”də nələr göstərilir

Ağ Evin rəsmi səhifəsində qeyd olunur ki, yayım sutka ərzində 24 saat fəaliyyət göstərməli və real vaxt rejimində yenilənməlidir. Mövcud materiallar arasında Trampın çıxışları və onun iştirak etdiyi tədbirlərdən videolar da var.

Yeni kanalın işə salınması Trampın CNN, MS NOW və Politico telekanallarının jurnalistlərinin Ağ Evin ərazisində fəaliyyət göstərməsini qadağan etməsindən sonra baş verib. Sentyabrın 19-da həmin media qurumlarının nümayəndələrinin kompleksə girişinə icazə verilməyib, onların giriş vəsiqələri deaktiv edilib və ya geri alınıb.

Tramp bu qərarı administrasiyasının fəaliyyətinin işıqlandırılması ilə bağlı iradları ilə izah edib və həmin media qurumlarını onun “saxta xəbərlər” adlandırdığı məlumatları yaymaqda ittiham edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO