30 dollara almışdı - 150-250 min dəyəri var imiş

30 dollara almışdı - 150-250 min dəyəri var imiş

Hazırda oxunan: 30 dollara almışdı - 150-250 min dəyəri var imiş

637876

ABŞ-nin Miçiqan ştatında əmlak satışından cəmi 30 dollara alınan rəsm əsərinin tanınmış sürrealist rəssam Qertruda Aberkrombinin (Gertrude Abercrombie) itkin hesab olunan əsəri olduğu üzə çıxıb.

Bizim.Media UPI nəşrinə istinadən xəbər verir ki, alıcı kətanın küncündəki "Abercrombie, '51" imzasını və tarixini görüb.

Daha sonra o, rəssamın yaradıcılığına həsr olunmuş sərgidə eyni əsərin orijinal çərçivədəki fotosunu görüb.

Bundan sonra tablo Aberkrombi üzrə aparıcı ekspertlərdən biri olan sənətşünas Süzan Vayninqerə (Susan Weininger) təqdim edilib. Ekspert rəsmin həqiqətən də 1951-ci ildə rəssam tərəfindən çəkildiyini təsdiqləyib.
 

"Alderman Merriam's Shells" ("Bələdiyyə üzvü Merriamın balıqqulaqları") adlanan əsərdə Çikaqo şəhər şurasının üzvü Robert Merriamın kolleksiyasından olan dəniz balıqqulaqları təsvir olunub.


Ekspertlər tablonun maraqlı tarixçəsini də bərpa edə biliblər. 1952-ci ildə Aberkrombi bu rəsmi tibbi prosedur haqqı kimi Miçiqandan olan həkim Con Reynoldsa verib. Əsər təxminən 75 il ərzində həkimin ailəsində qalıb.

Hazırda nadir tapıntı "Freeman's" hərracına çıxarılıb. Rəsmin ilkin qiymətləndirmə dəyəri 150 min dollardan 250 min dollara qədər təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO