Festivalda Madyarın üzünə içki atıldı - VİDEO

Festivalda Madyarın üzünə içki atıldı - VİDEO

Hazırda oxunan: Festivalda Madyarın üzünə içki atıldı - VİDEO
637741
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Macarıstanın Baş naziri Peter Madyar Seçardda keçirilən ənənəvi məhsul festivalında vətəndaşlarla görüşərkən hücuma məruz qalıb.

Bizim.Media  xəbər verir ki, Madyar festival ərazisində insanlarla söhbət edib şəkil çəkdirərkən naməlum şəxs onun üzünə içki atıb.

Hadisəyə dərhal müdaxilə edən mühafizəçilər və təhlükəsizlik əməkdaşları həmin şəxsi ərazidən uzaqlaşdırıblar.

Hadisədən sonra Madyar sosial media hesabında hücumçunu tənqid edib və onu “uğursuz Orban döyüşçüsü” adlandırıb.

Madyar bildirib ki, hücum edən şəxs onunla üz-üzə gəlməyə cəsarət etməyib.

“Hamının əyləndiyi, yüzlərlə insanla söhbət etməyimiz və şəkil çəkdirməyimiz həmin şəxsi narahat etmiş olmalı idi. Əlbəttə, yaxınlaşıb gözlərimin içinə baxmağa cəsarət etmirdi. Sərxoş, uğursuz Orban döyüşçüsü cəsarət toplamağa çalışırdı”, - deyə Madyar yazıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO