İrlandiya İsrailin iştirakına görə

İrlandiya İsrailin iştirakına görə "Avroviziya-2027"də iştirak etməyəcək və yayımlamayacaq

Hazırda oxunan: İrlandiya İsrailin iştirakına görə "Avroviziya-2027"də iştirak etməyəcək və yayımlamayacaq
637267
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İrlandiya 2027-ci ildə "Avroviziya" musiqi müsabiqəsində iştirak etməyəcək və İsrailin iştirakına görə onu yayımlamayacaq.

Bizim.Media "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İrlandiyanın ictimai yayım şirkəti "Raidió Teilifís Éireann" (RTÉ) bildirib.

"RTÉ "Avroviziya-2027"də iştirak etməyəcək və onun yayımından imtina edəcək", - yayımçının rəsmi bəyanatında qeyd olunub.

Şirkət nümayəndələri izah ediblər ki, bu qərar Qəzza zolağında davam edən humanitar böhranla əlaqədardır.
 

"Avroviziya"nın direktoru Martin Qrin RTÉ-nin mövqeyinə görə təəssüfləndiyini bildirib, eyni zamanda qəbul edilmiş qərara tam hörmətlə yanaşdığını vurğulayıb. Onun sözlərinə görə, Avropa Yayım İttifaqı (EBU) RTÉ ilə dialoqu davam etdirəcək və gələcəkdə İrlandiyanın müsabiqəyə qayıdacağına ümid edir.


2026-cı ildə EBU üzvlərinin əksəriyyətinin İsrailin "Avroviziya"da iştirakını qoruyub saxlamağa imkan verən islahatlar paketini qəbul etmək qərarından sonra İrlandiya Niderland, İspaniya, İslandiya və Sloveniya ilə birlikdə müsabiqəni boykot etmişdi. Niderland da 2027-ci il müsabiqəsində iştirakdan imtina etdiyini açıqlayıb.

Qeyd edək ki, "Avroviziya-2027" 11-15 may tarixlərində Bolqarıstanın Burqas şəhərində keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO