Kaya Kallas: “Putin və Lavrovla danışacağam”

Kaya Kallas: “Putin və Lavrovla danışacağam”

Hazırda oxunan: Kaya Kallas: “Putin və Lavrovla danışacağam”

636853

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya Prezidenti Vladimir Putin və ya xarici işlər naziri Sergey Lavrovun ona zəng edəcəyi təqdirdə telefon danışığı aparmağa hazır olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, Kallas bunu Finlandiyanın "Yle" teleradio şirkətinə müsahibəsində deyib.

“Əlbəttə, belə bir imkan yaranarsa, danışacağam”, – Kallas müvafiq suala cavabında bildirib.

O, Sergey Lavrovla daha əvvəl beynəlxalq forumlar, o cümlədən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) və G20 çərçivəsində görüşdüyünü xatırladıb. Kallasın sözlərinə görə, həmin görüşlərdə Avropa İttifaqının mövqeyini Lavrova birbaşa çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO