Rusiyanın məqsədi Ukraynanı tamamilə işğal etməkdir - Yonatan Vseviov

Rusiyanın məqsədi Ukraynanı tamamilə işğal etməkdir - Yonatan Vseviov

Hazırda oxunan: Rusiyanın məqsədi Ukraynanı tamamilə işğal etməkdir - Yonatan Vseviov

636467

Rusiyanın məqsədi yalnız şərqdə ayrı-ayrı əraziləri ələ keçirmək deyil, bütövlükdə Ukraynada siyasi kollaps yaratmaq və bununla da ölkəni tamamilə işğal etməkdir.

Bizim.Media xəbər verir ki, bunu Estoniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Yonatan Vseviov bəyan edib. 

Diplomat 1939-cu ildə Moskvanın Estoniyadan kiçik baza yaratmaq tələbini, lakin bir ildən keçəndən sonra ölkənin işğalını xatırladaraq "Ərazi – vasitədir, Ukrayna – məqsəddir. Təslim olmayacağıq" çağırışını edib.

Xatırladaq ki, bundan əvvəl Rusiya PUA-ları Ukrayna-Polşa sərhədində yerləşən "Yaqodin — Dorohusk" beynəlxalq keçid məntəqəsini atəşə tutub.

"Ukrzaliznytsia"nın ehtimallarına görə, hücum edən dronun əsas hədəfi göyərtəsində Avropa İttifaqına üzv olan bir neçə dövlətin təhlükəsizlik üzrə müşavirlərinin də olduğu diplomatik qatar olub.
 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO