Antalya Elmalı Yağlı Güləş turnirində Antalya Böyükşəhər Bələdiyyəsi sədrinin müavini Büşra Özdemirin gənc idmançıları öpməsi sosial mediada birmənalı qarşılanmayıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, gündəm yaradan görüntüdən sonra məcbur açıqlama verən 38 yaşlı xanım bələdiyyə rəsmisi yazılan təhqirləri qəbul etmədiyini, anlamadığını bildirib.
Qeyd edək ki, Büşra Özdemir 674-cü Tarixi Elmalı Yağlı Güləş turnirində idmançılara dəstək olmaq üçün qatılıb. Türnirdən sonra Özdemir qalib güləşçiləri qucaqlayaraq alnından öpüb. Görüntülər sosial şəbəkələrdə sürətlə yayıldıqdan sonra insanlar qadının bu hərəkətini müzakirə etməyə başlayıblar.
Səssizliyini pozan Büşra Özdemir açıqlama verərək yağlı güləşin türk mədəniyyətindəki köklü və əhəmiyyətindən danışıb:
“Bir qadın olaraq güləş meydanını özümə doğma bilirəm. Sadəcə VIP bölmədə oturub medalları təqdim edərək gedə də bilərdim. Amma belə nailiyyətləri qarşısında irəli çıxıb o igid kişilərin alnından öpdüm. Onlar da öz növbəsində əlimi öpdülər. Kimsə bu idman növünə göstərdiyim dəstəyə mane ola, nə də qəlbimi zərrə qədər incidə bilər”.
Antalya Böyükşəhər Bələdiyyəsinin 17 "baş pəhləvan" daxil olmaqla 500-dən çox güləşçiyə dəstək verdiyini qeyd edən Özdemir, Elmalıdakı yarışlarda alnından öpərək təbrik etdiyi Yusuf İslam Taş və Can Ergenin uğurlarını vurğuladı.
O bildirdi ki, Yusuf İslam Taş on illik təcrübəsi ilə elitar güləşçilər arasında fərqlənərək Prezident Kuboku uğrunda mübarizə aparmaq hüququ qazanıb, Can Ergen isə liqanın hər səkkiz mərhələsini məğlubiyyətsiz başa vurub.
Bizim.Media



































































































