Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani İranın yüksək vəzifəli rəsmiləri ilə görüşmək məqsədilə sabah Tehrana səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Qətər XİN-in rəsmi nümayəndəsi Məcid Əl-Ənsari "X" sosial şəbəkə səhifəsində yazıb.
"Baş nazir onlarla gərginliyin azaldılması və dialoq üçün şəraitin yaradılması yollarını müzakirə edəcək. Bu səfər Qətərin diplomatiyanın münaqişələrin həlli, regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üçün ən yaxşı üsul olduğuna dair qəti mövqeyini əks etdirir", - o qeyd edib.
Əl-Ənsarinin sözlərinə görə, müzakirələr zamanı Hörmüz boğazında gəmiçilik azadlığı və vəziyyətin müharibə başlamazdan əvvəlki halına qaytarılmasının zəruriliyi məsələlərinə də toxunulacaq.
Bizim.Media






































































































