Ukraynanın sabiq müdafiə nazirindən Trampla görüşü ilə bağlı iddialara REAKSİYA

Ukraynanın sabiq müdafiə nazirindən Trampla görüşü ilə bağlı iddialara REAKSİYA

Hazırda oxunan: Ukraynanın sabiq müdafiə nazirindən Trampla görüşü ilə bağlı iddialara REAKSİYA

632474

Ukraynanın sabiq müdafiə naziri Mixail Fedorov ABŞ-yə planlaşdırılan səfəri zamanı Ağ Ev rəhbəri Donald Trampın dəstəyini almaq niyyətində olmadığını bildirib.

Bizim.Media xəbər verir ki, keçmiş nazir bu barədə "24-cü kanal"a müsahibəsində deyib.

Fedorovun sözlərinə görə, bu səfər Şərqi Avropa Fondundakı fəaliyyəti, əlavə maliyyə vəsaitlərinin cəlb edilməsi və tərəfdaşlarla görüşlərlə bağlıdır. O, həmçinin müdafiə sahəsindəki layihələri və investisiyaların cəlb olunmasını müzakirə etməyi planlaşdırır.

Fedorov Trampdan dəstək istəmək ehtimalı ilə bağlı suala isə belə cavab verib:

"Xeyr, ümumiyyətlə, bu cür xəbərlərin haradan yarandığını bilmirəm. Bu, bizim daxili məsələmizdir".

Sabiq nazir əlavə edib ki, ölkənin gələcəyi ilə bağlı problemlər Ukraynanın daxilində həll olunmalıdır.

Xatırladaq ki, daha əvvəl dünya mediasında Fedorovun Trampdan dəstək almaq üçün ABŞ-a səfər etdiyi ilə bağlı xəbərlər yayılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO