Livan İran səfirini ölkədə istəmir: Vizası uzadılmayacaq

Livan İran səfirini ölkədə istəmir: Vizası uzadılmayacaq

Hazırda oxunan: Livan İran səfirini ölkədə istəmir: Vizası uzadılmayacaq

632365

Livan İranın ölkədəki səfiri Məhəmmədrza Şeybaninin giriş vizasını yeniləməkdən imtina edib.

Bizim.Media bu barədə "Al-Arabiya" kanalına istinadla xəbər verir. 

Livan Xarici İşlər Nazirliyinin məlumatına görə, Şeybaninin vizasının müddəti avqustun 24-də başa çatır və Beyrut onu uzatmaq niyyətində deyil.

 

Nazirlikdən bildirilib ki, Livan tərəfi daha öncə də iranlı diplomata onun etimadnaməsini qəbul etməyəcəyini və “arzuolunmaz şəxs” (persona non qrata) elan edildikdən sonra giriş vizasının yenilənməyəcəyini çatdırıb.

 

Martın sonunda Livan hakimiyyəti Şeybaninin diplomatik akkreditasiyasını ləğv edərək onu “persona non qrata” elan edib. Qərarın İran diplomatik missiyasının Livanın daxili işlərinə müdaxilə etdiyi və diplomatik normaları pozduğu barədə ittihamlardan sonra verildiyi bildirilir.

İran səfirinə Livanı tərk etməsi üçün bir həftə vaxt verilsə də, o, ölkəni tərk etməyərək Beyrutdakı İran səfirliyində qalmağa davam edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO