Vatikan ABŞ-nin vasitəçiliyi ilə iyun ayında İsrail və Livan arasında əldə olunmuş çərçivə sazişinin icrası zamanı yaranan çətinliklərdən narahatlığını ifadə edib.
Bizim.Media xəbər verir ki, bu barədə Bu barədə Livan prezidenti Cozef Aun və Papa XIV Leo arasında keçirilən görüşdən sonra Müqəddəs Taxt-Tacın verdiyi açıqlamada bildirilib.
Vatikan əldə olunmuş razılaşmaların yerinə yetirilməsi istiqamətindəki səyləri dəstəklədiyini bəyan edib.
Livanın NNA agentliyinin məlumatına görə, öz növbəsində C. Aun İsrailin hücumlarının dayandırılması və İsrail qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı Livanın tələblərinə verdiyi dəstəyə görə pontifikə təşəkkür edib.
Livan Prezidenti XIV Leonu İsrailin çərçivə sazişinin şərtlərinə əməl etməsi üçün təzyiq göstərməyə davam etməyə çağırıb.
Bizim.Media


































































































