Çinin ABŞ dövlət istiqrazlarına olan investisiyaları son bir ildə 731,4 milyard dollardan (iyun 2025) 633,4 milyard dollara (iyun 2026) düşüb.
Bizim.Media xəbər verir ki, müvafiq hesabatı ABŞ Maliyyə Nazirliyi dərc edib.
Çin uzun müddət ABŞ dövlət qiymətli kağızlarının ən böyük alıcısı olub. 2019-cu ilin fevral ayında onun bu kağızlara investisiyaları 1,13 trilyon dollara çatıb.
2019-cu ilin iyun ayında isə Yaponiyaya (1,12 trilyon dollara qarşı 1,11 trilyon dollar) uduzub və Yaponiya o vaxtdan bəri lider mövqeyini qoruyub saxlayıb. 2021-ci ilin sonlarından etibarən Çin ABŞ dövlət borclarına olan investisiyalarını ardıcıl olaraq azaldır: 2021-ci ilin dekabr ayında Çinin investisiyaları 1,07 trilyon dollar, 2022-ci ilin dekabrında 867,1 milyard dollar, 2023-cü ilin dekabrında 816 milyard dollar, 2024-cü ilin dekabrında 759 milyard dollar, 2025-ci ilin dekabrında 683,5 milyard dollar təşkil edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:00 / 18.08.2026
Çin ABŞ dövlət kağızlarına yatırımlarını kəskin azaldıb
Hazırda oxunan: Çin ABŞ dövlət kağızlarına yatırımlarını kəskin azaldıb
Hazırda oxunan: Çin ABŞ dövlət kağızlarına yatırımlarını kəskin azaldıb
631739
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































