ABŞ 18 ayda Tomahawk ehtiyatının yarısını xərcləyib - FOTO

ABŞ 18 ayda Tomahawk ehtiyatının yarısını xərcləyib - FOTO

Hazırda oxunan: ABŞ 18 ayda Tomahawk ehtiyatının yarısını xərcləyib - FOTO

631524

ABŞ son 18 ay ərzində Tomahawk qanadlı raketləri ehtiyatının təxminən yarısını xərcləyib. Ölkənin Patriot hava hücumundan müdafiə sistemləri üçün PAC-3 ələkeçirici raketlərinin ehtiyatı isə 800 ədəddən aşağı düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə The Sunday Times yazıb. Nəşr vəziyyətin səbəblərindən biri kimi ABŞ-ın müdafiə xərclərində uzun illər ərzində formalaşmış disbalansı göstərir.

Məlumata görə, Pentaqon böyük və bahalı platformalara, o cümlədən təyyarələrə və hərbi gəmilərə böyük vəsait ayırıb.

Bununla yanaşı, genişmiqyaslı döyüş əməliyyatları üçün kifayət qədər sursat ehtiyatlarının yaradılmasına daha az diqqət yetirilib.
 

Problem xüsusilə Patriot sistemlərinin PAC-3 raketləri ilə bağlı kəskinləşib. 2022-ci ilin əvvəlində ABŞ-ın arsenalında təxminən 3 100 belə ələkeçirici olub. Onlardan təxminən 600-ü Ukraynaya göndərilib, yüzlərlə raket 2024-2025-ci illərdə Yaxın Şərqdə istifadə edilib. Nəşrin iddiasına görə, İranla müharibə başlayandan sonra daha 1 200 PAC-3 raketi xərclənib.


Bir PAC-3 raketinin istehsalı təxminən iki il çəkir və onun dəyəri 4 milyon dollar civarındadır. Pentaqon istehsalın genişləndirilməsinə hələ 2022-ci ildə başlasa da, ehtiyatların qısa müddətdə bərpası mümkün deyil.

The Sunday Times bunun ABŞ üçün Çin fonunda xüsusilə ciddi problem olduğunu qeyd edir.

Nəşrin qiymətləndirməsinə görə, Çinin Sakit okean regionunda ABŞ qüvvələrinə qarşı istifadə edə biləcəyi təxminən 1 200 ballistik raketi var.

Beləliklə, ABŞ silah-sursatın istehlak tempinin yerli müdafiə sənayesinin istehsal imkanlarını üstələməsi ilə üzləşib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO