İDDİA: Merilin Monro Con Kennedidən hamilə olub və xüsusi xidmətlər tərəfindən öldürülüb

İDDİA: Merilin Monro Con Kennedidən hamilə olub və xüsusi xidmətlər tərəfindən öldürülüb

Hazırda oxunan: İDDİA: Merilin Monro Con Kennedidən hamilə olub və xüsusi xidmətlər tərəfindən öldürülüb

631385

Merilin Monronun ABŞ prezidenti Con Kennedi ilə münasibətləri və onun müəmmalı ölümü ilə bağlı yeni iddialar gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, Radar Online-ın yazdığına görə, yeni araşdırmada aktrisanın 1960-cı ildə Kennedidən hamilə qaldığı, daha sonra Ağ Ev tərəfindən təzyiqlərə məruz qaldığı və sonradan siyasi sui-qəsdin qurbanı ola biləcəyi iddia olunur.

Nəşrin istinad etdiyi mənbələr iddialarını məxfi sənədlər və həmin dövrə aid arxiv görüntüləri ilə əlaqələndirirlər.

İddiaya görə, Kennedi ilə Monronun münasibətləri 1960-cı ildə başlayıb. Həmin il iyulun 8-də Nyu-Yorkda “The Misfits” (“Nipakənlər”) filminin çəkilişləri ilə bağlı sınaqlar zamanı çəkilən fotolarda aktrisanın qarın nahiyəsinin əvvəlkindən daha yumru göründüyü iddia edilir.
 

Araşdırmada irəli sürülən versiyaya əsasən, həmin vaxt Artur Millerlə evli olan Monronun həm Kennedi, həm də fransız aktyor İv Montanla münasibəti olub. Miller uşağın atasının Montan olduğunu düşündüyü halda, Monronun uşağın Kennedidən olduğu iddia edilir.


İddiaya görə, Kennedi 1960-cı ilin avqustunda Demokratlar Partiyasının qurultayı zamanı Monronun hamiləliyindən xəbər tutub. Riçard Niksona qarşı prezidentlik yarışında qalib gəlmək şanslarına mümkün qalmaqalın zərər vuracağından ehtiyat edən Kennedinin aktrisadan hamiləliyi sonlandırmasını tələb etdiyi bildirilir.

Həmin dövrdə Monronun 10 gün xəstəxanada qalıb. Yeni araşdırmanın müəllifləri bunun əslində hamiləliyin sonlandırılması ilə bağlı olduğunu iddia edirlər.

Jaklin Kennedinin qısqanclığı və aktrisaya təzyiq

Məsələnin 1962-ci ilin mayında daha da gərginləşdiyi bildirilir. Monronun Madison Square Garden-da Con Kennedinin ad günü münasibətilə keçirilən tədbirdə məşhur “Happy Birthday, Mr. President” mahnısını ifa etməsi onların münasibətləri ilə bağlı söz-söhbətləri daha da artırmışdı.

Mənbələrin iddiasına görə, birinci xanım Jaklin Kennedi ərinin aktrisa ilə münasibətindən xəbər tutub və ona ultimatum verib. Daha sonra Monronu münasibətləri barədə danışmamağa inandırmaq üçün prezidentin qardaşı Robert Kennedinin onunla görüşdüyü iddia edilir.

Monronun öldürülməsi versiyası

Yeni araşdırmada irəli sürülən ən ağır iddia isə aktrisanın ölümünün siyasi motivlərlə bağlı olmasıdır.

İddiaya görə, Kennedi qardaşları tərəfindən xəyanətə uğradığını düşünən Monro münasibətləri, hamiləliyin sonlandırılması və digər gizli məlumatları ictimaiyyətə açıqlamaqla hədələməyə başlayıb.
 

Araşdırmada yazıçı Ceyms Pattersonun The Last Days of Marilyn Monroe kitabında yer alan versiyaya da istinad edilir. Bu versiyaya əsasən, 1962-ci ilin avqustunda Monronun ölümündən əvvəl onun Brentvuddakı evində Robert Kennedi olub.


İddiaya görə, Kennedi aktrisanın siyasi baxımdan təhlükəli məlumatlar ehtiva etdiyi güman edilən şəxsi gündəliyini axtarıb. Onların arasında yaranan münaqişə zamanı Monronun ağzının yastıqla zorla bağlandığı da iddia edilir.

Qeyd: Bu məlumatlar təsdiqlənmiş tarixi faktlar kimi deyil, yeni araşdırmada və ayrı-ayrı mənbələrdə irəli sürülən iddialar və sui-qəsd versiyaları kimi təqdim olunur. Merilin Monronun 1962-ci ildəki ölümü rəsmi olaraq sakitləşdirici və yuxugətirici dərmanların həddindən artıq qəbulu nəticəsində baş vermiş ölüm kimi qiymətləndirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO