Yaponiya Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfərinə etiraz olaraq Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdrevi nazirliyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Tokionun etirazına səbəb Putinin Yaponiyanın da ərazi iddiası irəli sürdüyü Cənubi Kuril adalarından biri olan İturupa səfəri olub. Putin adada balıq emalı müəssisəsinə baş çəkib, yerli sakinlərlə görüşüb.
Qeyd edək ki, Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi Rusiyaya “qətiyyətli etiraz” bildirərək Tokionun mövqeyini təkrarlayıb.
Yaponiya Cənubi Kuril adalarını, o cümlədən İturupu “Şimal əraziləri” adlandırır və onların tarixi və hüquqi baxımdan Yaponiyaya məxsus olduğunu bildirir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:00 / 13.08.2026
Yaponiya Rusiyanın Tokiodakı səfirini XİN-ə ÇAĞIRDI
Hazırda oxunan: Yaponiya Rusiyanın Tokiodakı səfirini XİN-ə ÇAĞIRDI
Hazırda oxunan: Yaponiya Rusiyanın Tokiodakı səfirini XİN-ə ÇAĞIRDI
630918
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































