UNESCO: Əfqanıstanda 2,4 milyon qız beş ildir orta təhsildən məhrumdur

UNESCO: Əfqanıstanda 2,4 milyon qız beş ildir orta təhsildən məhrumdur

Hazırda oxunan: UNESCO: Əfqanıstanda 2,4 milyon qız beş ildir orta təhsildən məhrumdur

630628

Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlməsindən beş il sonra təxminən 2,4 milyon qız orta təhsil almaq imkanından məhrum vəziyyətdədir.

Bizim.Media xəbər verir ki, UNESCO qız və qadınların orta və ali təhsil hüququnun dərhal və heç bir şərt olmadan bərpa edilməsinə çağırıb.

Təşkilatın məlumatına görə, Əfqanıstan dünyada qız və qadınların orta və ali təhsil almasının rəsmi şəkildə qadağan edildiyi yeganə ölkə olaraq qalır.

UNESCO-nun təhsil məsələləri üzrə nümayəndəsi Xoda Caberyan bildirib ki, beş il uşağın təhsilində qısa fasilə deyil, demək olar ki, bütün orta məktəb dövrüdür.
 

“Taliban” 2021-ci il avqustun 15-də ABŞ və NATO qüvvələrinin Əfqanıstandan çıxarılması fonunda hakimiyyətə gəlib. Bundan qısa müddət sonra qızların orta məktəblərə getməsi, daha sonra isə qadınların ali təhsil alması və işləməsi məhdudlaşdırılıb.


UNESCO hesab edir ki, bu qadağalar ölkənin əvvəlki iki onillikdə təhsil sahəsində əldə etdiyi mühüm nailiyyətlərin böyük hissəsini aradan aparıb. 2021-ci ildə Əfqanıstanda təxminən 1 milyon qız orta məktəblərdə təhsil alırdı.

Beynəlxalq çağırışlara baxmayaraq, “Taliban” qızların orta və ali təhsilinə qoyulan qadağanı aradan qaldırmayıb. Hərəkat təhsil məsələsini Əfqanıstanın daxili işi hesab edir.

UNESCO isə ölkədə savadlılığın artırılması, bacarıqların inkişaf etdirilməsi və icmalarda təhsil proqramlarını davam etdirir. Təşkilatın məlumatına görə, hazırda ölkədə mindən çox müəllim savadlılıq proqramlarında çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO