Mina canlı yayımda intihar etdi

Mina canlı yayımda intihar etdi

Hazırda oxunan: Mina canlı yayımda intihar etdi

630627

Cənubi Koreyada yaşayan 26 yaşlı yapon K-pop inflyuenseri Mina Çan (Mina Chan) həyatına son qoyub.

Bizim.Media xəbər verir ki, internetdə sweeter_nk adı ilə tanınan bloqerin ölümü avqustun 5-də səhər saatlarında TikTok-da canlı yayım zamanı baş verib.

Cənubi Koreyanın Yonhap agentliyinin məlumatına görə, polisə həmin gün saat 05:33-də qızın canlı yayım zamanı intihara cəhd etdiyi barədə məlumat daxil olub.

Mina Çan məşhur ENHYPEN qrupunun fanat icmasının tanınmış simalarından biri olub. O, qrupun konsert və avtoqraf sessiyalarında mütəmadi iştirak edib və qrupun yapon üzvü Niki-ni (Ni-ki) açıq şəkildə dəstəkləyib.
 

Qızla bağlı təzyiqlər iyulun sonunda ABŞ-da keçirilən konsertdən sonra artıb. Mina konsert zamanı başqa bir qrup üzvü Sonu (Sunoo) vasitəsilə Niki-yə gül dəstəsi çatdırmağa çalışıb. Bu addım sosial şəbəkələrdə kəskin tənqidlərə səbəb olub. Onu diqqəti özünə çəkməyə və konsertin atmosferini pozmağa çalışmaqda ittiham ediblər.


İyulun 30-da Niki Weverse platformasında keçirdiyi canlı yayım zamanı bəzi fanatların konsert davranışlarını tənqid edib. Müğənni Mina Çanın adını çəkməsə də, bəzi izləyicilər onun sözlərini bloqerə aid edib və bundan sonra qıza qarşı təzyiqlər daha da güclənib.

İctimai təzyiq fonunda Mina sosial şəbəkədə uzun üzrxahlıq məktubu yayımlayıb. O, fan görüşlərində mütəmadi iştirak etməsinin “reallıq hissini itirməsinə” və özünü qrup üzvlərinə olduğundan daha yaxın hesab etməsinə səbəb olduğunu yazıb.
 

Avqustun 6-da mərhumun kiçik bacısı Instagram Stories vasitəsilə onun ölümünü təsdiqləyib və ictimaiyyətdən ailənin vəfat edən qızın xatirəsinə hörmətlə yanaşmasını, hadisənin əlavə təfərrüatlarını yaymamasını xahiş edib.


Hazırda Seulun Yongsan polis bölməsi hadisənin bütün hallarını araşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO