Tümen vilayətində “Tobolskneftexim” neft-kimya kombinatı vuruldu

Tümen vilayətində “Tobolskneftexim” neft-kimya kombinatı vuruldu

Hazırda oxunan: Tümen vilayətində “Tobolskneftexim” neft-kimya kombinatı vuruldu

630366

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Rusiyanın Tümen vilayətində yerləşən “Tobolskneftexim” neft-kimya kombinatına zərbə endirilib.

Bizim.Media xəbər verir ki, Baş Qərargahın məlumatına görə, hücum zamanı müəssisənin əsas qaz fraksiyalaşdırma qurğusu vurulub.

Qurğunun illik emal gücü təxminən 6,6 milyon ton xammal təşkil edir və müəssisənin mühüm istehsal sahələrindən biridir.

“Tobolskneftexim” Rusiyanın və Avropanın ən iri neft-kimya müəssisələrindən biri hesab olunur. Müəssisədə raket və aviasiya yanacağının komponentlərinin, pilotsuz uçuş aparatları üçün kompozit materialların, eləcə də yüksək oktanlı benzinlərin istehsalında istifadə olunan xammal hazırlanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO