Pezeşkian Xamenei ilə GÖRÜŞDÜ

Pezeşkian Xamenei ilə GÖRÜŞDÜ

Hazırda oxunan: Pezeşkian Xamenei ilə GÖRÜŞDÜ

630145

İranın Ali rəhbəri Müctəba Xamenei ölkə prezidenti Məsud Pezeşkianla görüşüb və iqtisadi, hərbi məsələlərin müzakirəsi aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə M. Xamenei "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
 

"Prezidentliyinin üçüncü ilinə başlayan Pezeşkianın İnqilabın ali lideri ilə görüşü keçirilib və ölkənin iqtisadi, hərbi məsələləri müzakirə edilib", - paylaşımda bildirilib.


Söhbət zamanı İranın əsas problemləri, xüsusən də əhalinin ehtiyaclarının ödənilməsinə toxunulub:

"Həmçinin müharibənin mövcud şərtləri, gələcək perspektivlər, hərbi sahənin inkişafı, valyuta, enerji sahələrində ehtiyatların təmin edilməsi və xərclərin idarə olunması üzrə həll yolları, eləcə də xarici tərəflərlə qarşılıqlı iqtisadi əlaqələr barədə ətraflı fikir mübadiləsi aparılıb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO