Özləm Karapınar Türkiyə HHQ-nin ilk qadın generalı oldu

Özləm Karapınar Türkiyə HHQ-nin ilk qadın generalı oldu

Hazırda oxunan: Özləm Karapınar Türkiyə HHQ-nin ilk qadın generalı oldu

629336

Polkovnik Özləm Karapınar Türkiyə Hərbi Hava Qüvvələrinin tarixində general-mayor hərbi rütbəsinə yüksələn ilk qadın olub.

Bizim.Media xəbər verir ki, bununla bağlı qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Ali Hərbi Şuranın iclasında qəbul edilib.

Ümumilikdə, Türkiyə Silahlı Qüvvələrinin 69 polkovnikinə general və admiral rütbələri verilib. Onların arasında Türkiyə tarixində ilk kosmonavt Alper Gezeravcı da var.

Beləliklə, avqustun 30-dan etibarən Türkiyə Silahlı Qüvvələrinin sıralarında xidmət edən general və admiralların sayı 334-ə çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO