Peskov: Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendumunun tarixi hələ açıqlanmayıb

Peskov: Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendumunun tarixi hələ açıqlanmayıb

Hazırda oxunan: Peskov: Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendumunun tarixi hələ açıqlanmayıb

627977

Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı referendumun dəqiq keçiriləcəyi tarix hələ müəyyənləşdirilməyib.

Bizim.Media xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığını şərh edərkən bildirib.

Peskovun sözlərinə görə, söhbət zamanı nə Avropa İttifaqına üzvlüklə bağlı, nə də Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalması ilə əlaqədar referendumun konkret tarixi müzakirə olunmayıb.

"Xeyr, dəqiq tarix açıqlanmadı. Bununla belə, belə bir referendumun mümkün qədər tez keçirilməsinin vacibliyi vurğulandı. Bu, çox önəmlidir", – deyə Kremlin sözçüsü qeyd edib.

Xatırladaq ki, Vladimir Putinlə Nikol Paşinyan arasında telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

Bundan əvvəl Ermənistan hökumətinin mətbuat xidməti bildirmişdi ki, Nikol Paşinyan Avropa İttifaqına rəsmi müraciətdən sonra ölkənin Aİ-yə üzvlüyü məsələsinin referenduma çıxarıla biləcəyini istisna etməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO