Son dəqiqə: Dubayın mərkəzində güclü partlayış səsləri eşidilir

Son dəqiqə: Dubayın mərkəzində güclü partlayış səsləri eşidilir

Hazırda oxunan: Son dəqiqə: Dubayın mərkəzində güclü partlayış səsləri eşidilir

625753

Dubayın mərkəzində partlayışlar baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi şahidlərə istinadən məlumat yayıb.

Məlumatda Dubayın mərkəzində partlayış səslərinin eşidildiyi bildirilib. Digər təfərrüatlar qeyd olunmayıb.
 

"Reuters" xəbər verir ki, gurultulu səslər şəhərin mərkəzi hissəsində, "Trump International Hotel & Tower"ın yerləşdiyi ərazidə eşidilir. Buna rəğmən, turoperatorlar Dubaydakı partlayış xəbərlərini təsdiqləmirlər, çünki bununla bağlı turistlərdən heç bir müraciət daxil olmayıb.


Qeyd edək ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın BƏƏ və Səudiyyə Ərəbistanındakı daşınmaz əmlaklarını zərbələr üçün qanuni hədəf adlandırmışdı.

Adı çəkilən ölkələrdə Tramp bir neçə qolf klubuna və göydələnə sahibdir. Onların arasında "Trump International Hotel & Tower" (Dubay), "Trump Plaza" (Ciddə) və "Trump Tower" (Ər-Riyad) layihələri var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO