ABŞ Prezidenti Donald Tramp Tehranla əldə olunan razılaşmanın İrana məxsus pilotsuz uçuş aparatının (PUA) gəmiyə hücumu ilə pozulduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Tramp NBC kanalının "Meet the Press" proqramına müsahibəsində bildirib.
ABŞ liderinin sözlərinə görə, qarşı tərəflə keçirilən danışıqlar nəticəsində razılaşma əldə olunubmuş:
"Dünən onlar sövdələşməyə razı oldular. Bizim üçün ideal bir sövdələşmə idi. Nüvə proqramı yoxdur... Onlar hər şeydən imtina etdilər, lakin bir saatdan az vaxt keçmiş pilotsuz təyyarəni gəmiyə doğru göndərdilər".
Tramp məhz hansı sövdələşmənin nəzərdə tutulduğunu açıqlamasa da, İran rəhbərliyinin addımını kəskin şəkildə pisləyib: "Mən onlara dedim: “Siz sadəcə xəstə insanlarsınız”. Vəssalam".
Prezident bildirib ki, sözügedən hücuma cavab olaraq ABŞ hərbçiləri İrana qarşı "güclü zərbə" endiriblər. O, ötən gecə bu istiqamətdə əməliyyat keçirildiyini qeyd edərək, Tehranın Hormuz boğazının bağlanması ilə bağlı bəyanatlarını da təkzib edib:
"Hormuz boğazı gəmiçilik üçün açıq qalır. Biz ötən gecə onları "cəhənnəmə qədər bombaladıq".
Xatırladaq ki, bölgədəki gərginlik ABŞ və İran arasında hərbi ritorikanın kəskinləşməsi ilə müşayiət olunur.
Bizim.Media


































































































