ABŞ-da şok iddia: Senator Lindsi Qremi zəhərləyiblər

ABŞ-da şok iddia: Senator Lindsi Qremi zəhərləyiblər

Hazırda oxunan: ABŞ-da şok iddia: Senator Lindsi Qremi zəhərləyiblər

624843

Amerikalı respublikaçı senator Lindsi Qremin qəfil vəfatı ABŞ siyasi dairələrində ciddi şübhələr doğurub. Bizim.Media xəbər verir ki, tanınmış sağçı fəal və Donald Trampın müttəfiqi Lora Lumer senatorun ölümündə Rusiya izinin ola biləcəyini iddia edib.

Bizim.Media xəbər verir ki, Lumer senatorun ölümünün təbii səbəblərdən baş verdiyinə şübhə ilə yanaşaraq, dərhal toksikoloji ekspertiza aparılmasını tələb edib:

"Lindsi Qrem az əvvəl Ukraynada idi və Rusiyanı yeni sanksiyalarla təhdid edirdi. İndi isə o, qəfil vəfat edib. Toksikoloji ekspertiza şərtdir. İran və ya Rusiya onu zəhərləmiş ola bilər".

Lora Lumer həmçinin xatırladıb ki, ideoloq Aleksandr Duqin daha əvvəl ictimai şəkildə Qremin ölümünü arzulayıb. Bundan əlavə, Rusiya dövlət televiziyasında (ROSTV) senatorun fiziki olaraq aradan qaldırılması məsələsinin dəfələrlə müzakirə olunduğu vurğulanır.

Qeyd edək ki, Lindsi Qrem uzun illərdir Rusiyanın Ukraynaya qarşı siyasətinə ən sərt mövqe tutan və Vaşinqtonda anti-Rusiya cəbhəsinin əsas fiqurlarından biri hesab olunurdu.

Rəsmi dairələr hələlik bu iddialarla bağlı açıqlama verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO