Ukrayna Ali Radasının Milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin katibi Roman Kostenko payız ayları üçün ciddi bir təhlükə barədə xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, Kostenko Rusiyanın Belarusla razılaşaraq, seçkilərdən sonra Çerniqov vilayəti istiqamətində yeni bir cəbhə açmaq ehtimalının olduğunu bildirib.
Kostenkonun sözlərinə görə, əgər belə bir ssenari reallaşarsa, Ukrayna ordusu üçün vəziyyət xeyli mürəkkəbləşə bilər. Belə olan təqdirdə, Ukraynanın bütün cəbhə istiqamətlərində eyni anda müqavimət göstərmək üçün kifayət qədər canlı qüvvə və resurs çatışmazlığı riski yaranır.
Xatırladaq ki, daha əvvəl Prezident Volodimir Zelenski Belarusun Ukraynaya hücum planları hazırladığı barədə bəyanatlar vermişdi. Rəsmi Minsk isə bu iddiaları qəti şəkildə rədd edərək, hər hansı bir hücum niyyətinin olmadığını bəyan edib.
Hərbi ekspertlərin fikrincə, şimal sərhədlərindəki bu potensial gərginlik Ukrayna hərbi rəhbərliyini müdafiə strategiyasını yenidən nəzərdən keçirməyə məcbur edir.
Bizim.Media

































































































