İsrail "Hizbullah"ın hərbi obyektlərinə hücum etdi

İsrail "Hizbullah"ın hərbi obyektlərinə hücum etdi

Hazırda oxunan: İsrail "Hizbullah"ın hərbi obyektlərinə hücum etdi

624720

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubundakı Əl-Mənsuri şəhərində şiə hərəkatı "Hizbullah"ın hərbi obyektlərinə zərbələr endirib. 

Bizim.Media xəbər verir ki, bu barədə "Janoubia" portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, İsrail qoşunları ən azı beş hava hücumu həyata keçirib. Nəticədə, xüsusilə sakinlərin daha əvvəl tərk etdiyi bir neçə ev zərbələrə məruz qalıb.

Bir neçə saat əvvəl isə İsrail qırıcıları Livanın cənubundakı bir neçə rayona zərbələr endirmişdi.

Pilotsuz uçuş aparatları Kfar-Tibnit və Nəbatiyə Əl-Fauka ətraflarına hücum edib, İsrail təyyarələri isə Nəbatiyə şəhərinə zərbə endirib. Bundan başqa, İsrail Müdafiə Ordusu Bint-Cbeyl və Hulada bir neçə evi və infrastruktur obyektini partladıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO