Tramp administrasiyası Hörmüz boğazında İranla uzunmüddətli və intensiv hərbi qarşıdurmaya, o cümlədən çoxgünlük, hətta çoxhəftəlik qarşılıqlı zərbələr mərhələsinə hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə “Axios” nəşri ABŞ mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin verdiyi məlumata görə, Ağ Ev regional gərginliyin daha da dərinləşəcəyini və hərbi əməliyyatların xarakterinin birbaşa Tehranın növbəti addımlarından – xüsusilə də boğazdan keçən kommersiya gəmilərinə və neft tankerlərinə qrşı mümkün hücumlarından asılı olacağını proqnozlaşdırır.
Vaşinqton hesab edir ki, ABŞ ordusu eskalasiyanı idarə etmək üçün kifayət qədər resurslara malikdir. Eyni zamanda, yüzlərlə tankerin Hörmüz boğazından uğurla keçməsi fonunda, dünya bazarında neft qiymətlərinin kəskin sıçrayış riskinin əvvəlki aylara nisbətən xeyli azaldığı vurğulanır.
Tehranın narazılığı və pozulan memorandum
“Axios”un həmsöhbətləri regionda alovlanan yeni gərginlik dalğasının pərdəarxası məqamlarına da toxunublar. Bildirilir ki, qarşıdurmanın yenidən aktivləşməsinə əsas səbəb İranda hakim elitanın bir hissəsinin ABŞ ilə əldə olunmuş qarşılıqlı anlaşma memorandumunun nəticələrindən ciddi şəkildə narazı qalmasıdır.
Məlumata görə, Tehran rəsmi Vaşinqtondan gözlədiyi iqtisadi güzəştləri, o cümlədən neft ixracının tam bərpa olunmasını və Qərbdə dondurulmuş maliyyə aktivlərinə çıxış imkanını əldə edə bilməyib. Bu iqtisadi məyusluq isə İran daxilindəki radikal qanadın yenidən hərbi rıçaqlara və boğazda gəmilərə qarşı təxribatlara əl atmasını stimullaşdırıb.
Qeyd edək ki, ABŞ SEPAH-ın Hörmüzdəki tankerlərə hücumuna cavab olaraq 2 gündür ki İrana ardıcıl zərbələr endirir. İran isə buna cavab olaraq Körfəz ölkələrindəki ABŞ bazalarını hədəf alıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:11 / 09.07.2026
ABŞ-İran müharibəsi nə qədər uzanacaq? – Gizli sənədlər İFŞA OLDU
Hazırda oxunan: ABŞ-İran müharibəsi nə qədər uzanacaq? – Gizli sənədlər İFŞA OLDU
Hazırda oxunan: ABŞ-İran müharibəsi nə qədər uzanacaq? – Gizli sənədlər İFŞA OLDU
624167
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































